...

Azərbaycanın təhsil naziri 160 saylı Klassik Gimnaziyanın təqdimatında iştirak edib

Cəmiyyət Materials 27 Aprel 2007 13:10 (UTC +04:00)
Azərbaycanın təhsil naziri 160 saylı Klassik Gimnaziyanın təqdimatında iştirak edib

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Bakı şəhəri Səbail rayonu 160 salyı orta məktəbin Klassik Gimnaziya statusu alması münasibətilə cümə günü bu təhsil ocağında tədbirlər keçirilib. Tədbirlərdə Azəbaycanın təhsil naziri Misir Mərdanov da iştirak edib.

Əvvəlcə Gimnaziyada açıq dərslər təşkil olunub. Təhsil naziri açıq dərsdə iştirak edib, şagirdlərin dərs hazırlığını, dərsin gedişini müşahidə edib.

Nazir məktəbdə təşkil olunmuş "Gimnaziyanın nailiyyətləri: ənənələr və müasirlik" adlı sərgi ilə də tanış olub. Sərgidə 160 saylı məktəbin şagirdlərinin müxtəlif növ əl işləri, rəsm əsərləri, Azərbaycanın qədim milli ənənələrinə aid əşyalar, həmçinin bu məktəbin və onun şagirdlərinin aldığı yerli və beynəlxalq mükafatlar nümayiş etdirilib.

Gimnaziyanın direktoru Faina Ələkbərova təhsil nazirini Gimnaziya, fənn kabinetləri, məktəbin tarix muzeyi ilə də tanış edib.

Sonda Gimnaziya şagirdlərinin ifasında şou-proqram nümayiş etdirilib.

Xəbər lenti

Xəbər lenti