...

Məhkəmə iclasında "Barmek-Azərbaycan Elektrik Şəbəkəsi" MMC prezidentinin səhhəti pisləşib

Cəmiyyət Materials 1 May 2007 17:52 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K Zərbalıyeva / Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmədə bu gün hakim Sədrəddin Hacıyevin sədrliyi ilə"Barmek-Azərbaycan Elektrik Şəbəkəsi" MMC-nin prezidenti Hüseyn Arabul və şirkətin 7 əməkdaşı barəsindəki cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Vəkil Vüqar Xasayev çərşənbə axşamı Trend ə bildirib ki, təqsirləndirilən Mahir Novruzov xəstə olduğundan məhkəməyə gətirilmədiyindən fasilə elan olunub. Novruzovun prosesdə iştirakının təmin olunmasından sonra iclas davam etdirilib. Vəkillər dövlət ittihamçıları Allahyar Vəliyev və Abdulla Yusifova etiraz edib. Etirazı müzakirə edən məhkəmə onun rədd olunması barədə qərar qəbul edib.

Günün ikinci yarısında hakimlərə etiraz verilib. Prosesdə Hüseyn Arabulun səhhəti qəflətən pisləşib. Şirkət prezidentinin şəkəri qalxdığından o, xəstəxanaya aparılıb.

Proses sabah davam etdiriləcək.

Şirkətin prezidenti Hüseyn Arabula qarşı Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan olunub və barəsində başqa yerə getməmək haqqında iltizam qəti-imkan tədbiri seçilib.

"Barmek"in əməkdaşları, vitse-prezident Ömər Günər İsmayıl, texniki departamentin direktoru Vəfa Ağayev, texniki əməliyyat departamentinin direktor əvəzi Mahir Novruzov, sabiq baş menecer Çingiz İbadov və maliyyə departamentinin rəisi Valeh Zeynalov, yüksək gərginlikli elektrik şəbəkələrinin istismarı idarəsinin rəisi Çingiz Abdullayev, rele mühafizə xidmətinin rəisi Əsgər Əsgərzadə CM-nin 179.3.2, 308.2 və 313-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində həbs və digər qəti imkan tədbirləri seçilib.

Xəbər lenti

Xəbər lenti