...

Azərbaycanda mətbuatın vəziyyəti müzakirə olunub

Cəmiyyət Materials 3 May 2007 16:34 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Hazırda Azərbaycanda 5 jurnalist həbsdədir. Bu barədə cümə axşamı keçirilən 3 may - Ümümdünya söz azadlığı günü münasibətilə keçirilən tədbirdə məlumat verilib. Tədbirdə iştirak edən siyasi partiyaların, geyri-hökümət təşkilatlarının, jurnalist qurumlarının rəhbərləri, qəzet redaktorları, deputatlar Azərbaycanda medianın durumundan danışıblar. Tədbirdə söz azadlığına qarşı təzyiqlərə etiraz olaraq kütləvi aksiyaların keçirilməsi, beynəlxalq təşkilatlara müraciət olunması, jurnalistlərin fəallaşdırılması təklifləri səsləndirilib.

2005-ci ildən bəri jurnalistlərlə bağlı hadisələr xatırladılıb, "Monitor " jurnalının baş redaktoru Elmar Hüseynovun qətlə yetirilməsi, jurnalistlərdən Bahəddin Hacıyevin, Fikrət Huseynlinin döyülməsi, Mirzə Sakitin, Eynulla Fətullayevin və digər jurnalistlərin həbs olunduğu, bir neçə qəzetin məhkəməyə verildiyi qeyd olunub.

Tədbirdə təklif edilib ki, jurnalistləri məhkəməyə verən məmurların Avropa ölkələrinə, ABŞ-a, beynəlxalq təşkilatlara buraxılmaması ilə bağlı müraciətlər edilsin.

Xəbər lenti

Xəbər lenti