...

Dövlət Film Fondunun binası hələ tikilir

Cəmiyyət Materials 3 May 2007 18:59 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 may /müx.Trendlife Eldar Hüseynzadə/Dövlət Film Fondunun binasının inşası öz axarıyla gedir. Artıq binanın ikinci mərtəbəsi hazırdır. Bu haqda Trendlife-a fondun rəhbəri Cəmil Quliyev xəbər verib.

İnşaat işləri kinostudiyanın ərazisində aparılır və bina ilyarım-iki ilə hazır olacaq. Qeyd edək ki, inşa mədəniyyət naziri Əbülfəs Qarayevin dəstəyi ilə keçiriləcək. Binada laboratoriya, kinoplenkaların videoya köçürülməsi şöbəsi, kitabxana, muzey otaqları nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti