...

Azərbaycanın Ədliyyə Nazirliyi də "Hərəyə bir ağac əkək" kampaniyasına qoşuldu (video)

Cəmiyyət Materials 5 May 2007 15:01 (UTC +04:00)
Azərbaycanın Ədliyyə Nazirliyi də "Hərəyə bir ağac əkək" kampaniyasına qoşuldu (video)

Azərbaycan, Bakı / Trend müxbir K Zərbalıyeva / Heydər Əliyev Fondunun təşəbbüsü ilə "Hərəyə bir ağac əkək" kampaniyası şənbə günü Ədliyyə Nazirliyi və Penitensiar Xidmət tərəfindən də həyata keçirilib. Nazirliyin rəhbərliyi və kollektivi 16 saylı cəzaçəkmə müəssisəsinin həyətində və ətrafında 500-ə yaxın ağac əkib. Tədbirdə ədliyyə nazirinin müavinləri Toğrul Musayev, Vilayət Zahirov, Nazim Ələkbərov, nazirliyin idarə rəisləri və digər əməkdaşları iştirak edib. Penitensiar Xidmətin rəisi Ələkbərov bu kampaniyanın davam etdiriləcəyini bildirib.

Xəbər lenti

Xəbər lenti