...

Azərbaycanın bodibildinq üzrə yığması Avropa çempionatında rekorda imza atıb

Cəmiyyət Materials 7 May 2007 11:24 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend Z.Səfərov/ Azərbaycan yığması Bakıda başa çatan bodibildinq və bodifitnes üzrə Avropa çempionatında qazanılan medalların sayına görə rekorda imza atıb.

Trend in verdiyi məlumata görə, yığmamız öz aktivinə dövd medal yazdıra bilib. Nəticədə bu, yığmamıza komanda hesabında ikinci yer tutmağa imkan verib. Millimiz yalnız Rusiyanı irəli buraxıb.

Birinciliyin gümüş medallarını Teymur Aslanov ( 170 kq) və Yalçın Məmmədov ( 70 kq) qazanıb. Məmmədov artıq ikinci dəfə qitə birinciliyinin mükafatçısı olub. Müvəffəqiyyəti həmçinin komandamızın lideri Vüqar Verdiyev ( 85 kq) qazanıb. O, ikinci yeri tutub. Təcrübəli Tahir Faxrutdinov ( 80 kq) isə yalnız rusiyalı idmançıları qabağa buraxaraq üçüncü yerə sahib çıxıb.

Qeyd edək ki, çempionatın qalibi məhz Rusiya yığması olub, ümumi hesabda ilk üçlüyü isə Ukrayna komandası yekunlaşdırıb.

Xəbər lenti

Xəbər lenti