...

Şuşanın işğalının 15 illiyi ilə əlaqədar Strasburqda azərbaycanlılar mitinq keçirib

Cəmiyyət Materials 7 May 2007 17:14 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Azərbaycanın Şuşa şəhərinin işğalının 15-ci ildönümü ilə əlaqədar bazar ertəsi Fransanın Strasburq şəhərində azərbaycanlılar etiraz mitinqi keçiriblər. Bu barədə Fransada Azərbaycanlı Tələbələr Assosiayasının (FATA) rəhbəri Vazeh Əsgərov məlumat verib.

Aksiyada Fransada təhsil alan azərbaycanlı tələbələr, diaspor təşkilatlarının fəalları, həmçinin Azərbaycandan olan millət vəkilləri iştirak ediblər. Dünya Azərbaycanlıları Konqresinin sədri Cavad Derəxti, DAK-ın sədr müavini Xəzər Emin, Azərbaycanın millət vəkili Qənirə Paşayeva, xalq artisti Niyaməddin Musayev və digər şəxslər çıxış edərək erməni təcavüzü, Qarabağın, o cümlədən Şuşanın Ermənistan tərəfindən işğalı barədə danışıblar. Ermənistanın təcavüzkar əməlləri, BMT-nin qətnamələrini yerinə yetirməməsi, erməni separatçılarının Şuşanın işğalını "bayram günü" kimi qeyd etməsi pislənilib. "Erməni təcavüzünə yox!", "Koçaryan ən byük cinayəkardır!" və s. kimi şüarlar səsləndirilib. Straburqda "Azərbaycan Evi"nin rəhbəri Mustafa Alınca fransızca çıxış edərək erməni təcavüzü barədə məlumat verib.

Azərbaycanın millət vəkillərinin apardıqları "Qarabağ həqiqətləri" kitabçası, həmçinin Qarabağa dair yazılı vərəqələr aksiya zamanı sakinlərə paylanılıb.

Xatırladaq ki, Ermənistan Azərbaycan ərazisinin 20 faizini - Dağlıq Qarabağı və ətrafındakı yeddi rayonu işğal edib. Azərbaycanın Şuşa şəhəri 1992-ci il mayın 8-də işğal olunub. 1994-cü ildə Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında razılıq əldə olunub.

Xəbər lenti

Xəbər lenti