...

Azərbaycan Ombudsmanı Avropa Şurasının təklifi ilə razı deyil

Cəmiyyət Materials 10 May 2007 14:04 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K Zərbalıyeva / Azərbaycan Ombudsmanı Elmira Süleymanova Avropa Şurasının təklifi ilə qadınlara ömürlük azadlıqdan məhrumetmə cəzasının verilməsi ilə razı deyil. Cümə axşamı jurnalistlərə müsahibə verən Ombudsman bildirib ki, Azərbaycanda siyasət cəzaların liberallaşdırılması istiqamətində aparılır: "Əgər Cinayət Məcəlləsinə belə bir dəyişiklik olunarsa, bu, cəzanın ağırlaşdırılması kimi qiymətləndirilməlidir. Mən bu təklifin qəti əleyhinəyəm. Bu təkliflər müzakirə olunarkən mən öz fikrimi və rəyimi Milli Məclisə bildirəcəyəm".

Avropa Şurası Azərbaycanın Cinayət Məcəlləsinə bir neçə dəyişiklik və əlavələrin olunması barədə təklif verib. Təkliflər hazırda müzakirə mərhələsindədir. Təkliflər layihə şəklində hazırlanaraq sentyabrda Milli Məclisə təqdim olunacaq. Həmin təkliflərdən biri də qadınlar üçün nəzərdə tutulan cəzalar sırasına ömürlük azadlıqdan məhrumetmə cəzasının əlavə olunmasıdır. Hazırda Cinayət Məcəlləsində qadınlara verilən cəzanın ən yüksək həddi 15 il müəyyən edilib.

Xəbər lenti

Xəbər lenti