...

Bakıda orta məktəb şagirdinin qətli ilə bağlı işin istintaqı yekunlaşıb

Cəmiyyət Materials 17 May 2007 12:49 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir, K. Zərbaliyeva/ Nizami rayonu Keşlə qəsəbəsində 201 saylı orta məktəbin 7-ci sinif şagirdi İlkin Hüseynlinin qətli ilə bağlı cinayət işinin istintaqı yekunlaşıb. Nizami Rayon Prokurorluğundan cümə axşamı Trend ə verilən məlumata görə, cinayət işinin materialları baxılması üçün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəməyə göndəriləcək.

Çoxsaylı kəsilmiş-deşilmiş xəsarətlər almış İlkin Hüseynli ölümcül vəziyyətdə dekabrın 9-da Keşlə qəsəbəsində "Savalan" mebel fabrikinin yaxınlığında tapılıb. 32 saylı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Nizami Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə cinayət işi açılıb. 201 saylı orta məktəbin 9-cu sinif şagirdi Adil Dadaşov Hüseynlinin ölümündə təqsirli bilinir.

Keşlə qəsəbəsinin sakinləri bildiriblər ki, Hüseynli dərs vaxtı naməlum şəxs tərəfindən çölə çağırılıb. Sakinlər qətlin qisasçılıq zəmnində baş verdiyini iddia edir.

Xəbər lenti

Xəbər lenti