...

"Atasport" avrokuboklarda debütə hazırlaşır

Cəmiyyət Materials 24 May 2007 11:59 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend Z.Səfərov/ Otüstü hokkey üzrə kişilərdən ibarət "Atasport" klubu Afinaya yola düşüb. Burada klub mayın 25-də start götürəcək "Challenge-2" turnirində iştirak edəcək.

Azərbaycan komandası bu yarışda ilk dəfə iştirak edir və uğurlu çıxış edəcəyinə inanır.

Qeyd edək ki, "Atasport" "B" qrupunda Macarıstanın "Epitok", Norveçin "Aker" və Türkiyənin "Keçioren" klubları ilə mübarizə aparacaq. Yarışın növbəti mərhələsinə çıxmaq üçün azərbaycanlı hokkeyçilər qrupda ilk iki yerdən birini tutmalıdır. Belə olan təqdirdə "Atasport" avrokubokun finalına vəsiqə qazanacaq. Finalçılar isə növbəti mövsümdə bir pilə yuxarı olan divizionda çıxış etmək hüququ əldə edəcək.

"A" qrupuna gəldikdə isə burada Serbiyanın "Elektrovoyvodina", Yunanıstanın "Yumitos" və Litvanın "Ardas-Rudamina" klubları öz aralarında münasibətləri araşdıracaq.

Xəbər lenti

Xəbər lenti