...

İyun ayında teatrlar rayonlara qastrollara gedəcək

Cəmiyyət Materials 31 May 2007 17:44 (UTC +04:00)

Azərbaycan, Bakı, 31 may /müx.TrendLife Eldar Hüseynzadə/İyun ayında teatrlar yay yuxusuna gedir. Bu ay Bakı teatrları öz tamaşalarını rayonlarda təqdim edəcəklər. TrendLife-ın verdiyi məlumata görə, iyunun 5-də Gənc Tamaşaçılar Teatrı Şəkidə, ayın 6-da isə Qəbələ şəhərinin mədəniyyət evində "Nənəmin hiyləsi" tamaşası ilə çıxış edəcək. Tamaşanın əsas rollarında xalq artisti Yalçın Qarayev, əməkdar artist Lətifə Əliyeva, aktyorlar Məsmə Babayeva, Nicat Kazımov, Sevinc Mehrəliyeva və başqaları oynayacaqlar. İyunun ortalarında isə Akademik Dram Teatrı rayonlara qastrola gedəcək. İyunun 19-da Şəkidə, 20-də Yevlaxda, 21-i isə Ağdaşda onlar monqol yazıçısı Tufan Minulinin "Əvvəldən yazılmış" tamaşası göstəriləcək. Onu da qeyd edək ki, bu tamaşa bir neçə ay bundan əvvəl nümayiş etdirilib.

Xəbər lenti

Xəbər lenti