...

Jurnalistlərin yürüş-mitinqinin vaxtı dəyişdirildi

Cəmiyyət Materials 11 İyun 2007 15:12 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Azərbaycanın bir qrup jurnalistinin Bakıda keçirməyi planlaşdırdığı yürüş-mitinqin vaxtı dəyişdirildi. Bu barədə artıq nəşri dayandırılmış "Gündəlik Azərbaycan" qəzetinin redaktoru Şahvələd Çobanoğlu bazar ertəsi məlumat verib.

Redaktorlar Birliyinin təşkilatçılığı ilə iyunun 12-də metronun "Həzi Aslanov" stansiyası yaxınlığından yürüşə başlamaqla Neftayırma zavodunun balansında olan meydanda mitinq keçirilməsi planlaşdırılırdı. Bakı Şəhər İcra Hakimiyyəti şənbə günü verdiyi cavab məktubunda "Həzi Aslanov" stansiyası yaxınlığından yürüşlə başlayaraq "Ukrayna" meydanında mitinq keçirilməsinə razılıq verib. Aksiyanın təşkilatçıları "Ukrayna" dairəsində böyük çalaların qazılması səbəbindən həmin marşrut üzrə aksiya keçirilməsinin mümkünsüz olduğu qərarına gəliblər.

Həmçinin nəzərdə tutulan yürüş-mitinqin iyunun 23-də keçirilməsi qərara alınıb. Sabah Bakı Şəhər İcra Hakimiyyətinə bununla bağlı müraciət göndəriləcək və yenə də əvvəlki marşrut təklif ediləcək.

Qeyd edək ki, Redaktorlar Birliyi, bir sıra müxalifətyönlü qəzetlər - "Yeni Müsavat", "Azadlıq", artıq nəşri dayandırılmış "Gündəlik Azərbaycan"-"Realnı Azerbaydjan", "Bakı xəbər" qəzetləri və digər müstəqil nəşrlər, həmçinin ayrı-ayrı ictimai, siyasi xadimlər jurnalistlərə təzyiqlərə, onların həbsinə, qəzetlərin məhkəməyə verilməsinə etiraz edirlər. Bu məqsədlə etiraz aksiyası planlaşdırılır. Hazırda Azərbaycanda beşdən çox jurnalist həbsdədir, bəzi qəzetlərin bank hesabına həbs qoyulub, həmçinin yerləşdikləri ofislərdən çıxarılıb.

Xəbər lenti

Xəbər lenti