...

Aygün Kazımova: "Mən istəyirəm ki, Hollivudun diqqətini cəlb edim"

Cəmiyyət Materials 12 İyun 2007 17:29 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 iyun /müx. " Vüqar İmanov/ Bu ilin noyabrında Hollivudda keçirilən "World Music Aboard" çempionatında müğənni Aygün Kazımovanın da iştirakı gözlənilir. Məlumdur ki, bu çempionat 1997-ci ildən başlayaraq hər il dünya şou-biznesinin paytaxtında keçirilir. Bu çempionatda 150-dən çox müxtəlif şirkətlərin rəhbərləri, agentliklər, prodüsserlər iştirak edəcək. Bundan başqa, "World Music Aboard" çempionatında elmi seminarlar da keçiriləcək və müqavilələr bağlanacaq. Çempionatın keçirilməsində əsas məqsəd - yeni istedadlı insanları aşkar etmək, üzə çıxartmaqdır. Çempionatda münsiflər heyəti qismində Kaliforniya ştatının qubernatoru Arnold Şvarstneqer olacaq. Kazımovanın "TrendLife"a verdiyi məlumata görə: "Məni bu çempionata dəvət etmələri gözlənilməz oldu. Bu, mənim üçün böyük sürprizdir. Mən bu müsabiqədən çox şey gözləyirəm. Əvvəlcədən tapmacalar tapmaq istəmirəm. Birdən Allah eləməmiş alınmaz, sonra depresiyaya düşə bilərəm. Sadəcə, bir istəyim var. Mənə lazım olan insanlar fikir versinlər. Bundan əlavə, istəyirəm ki, Hollivudun kinorejissorları məni görsünlər və kinoya çəksinlər. Məni mütləq dəvət etməlidirlər, axı özüm deyə bilmərəm ki, "Salam, mən gəlmişəm sizdə filmə çəkilməyə".

Xəbər lenti

Xəbər lenti