...

Nazir: "Azərbaycan hökumətində qlobal istiləşmə ilə bağlı müzakirələr aparılır"

Cəmiyyət Materials 13 İyun 2007 16:13 (UTC +04:00)
Nazir: "Azərbaycan hökumətində qlobal istiləşmə ilə bağlı müzakirələr aparılır"

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ Azərbaycan hökumətində qlobal istiləşmə, su qıtlığı, quraqlıq problemləri ilə bağlı müzakirələr aparılır. Bu barədə ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov məlumat verib.

Onun sözlərinə görə, Azərbaycan torpaqları ciddi çirklənməyə məruz qalır. Nazir hesab edir ki, Azərbaycanda quraqlığın qarşısını almaq üçün xüsusi strategiya hazırlanmalıdır.

Bağırovun sözlərinə görə, Azərbaycanın işğal olunan ərazilərindəki su anbarlarında yay aylarında suyun buraxılmaması da su qıtlığının yaranmasına səbəb olur.

Su ehtiyatına görə Azərbaycan Qafqaz ölkələri sırasında sonuncu yeri tutur.

Xəbər lenti

Xəbər lenti