...

Azərbaycan voleybolçuları Yeltsin kubokunu Hollandiyaya qarşı oyunla başlayacaq

Cəmiyyət Materials 23 İyun 2007 14:14 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend Z.Səfərov/ Azərbaycanın qadınlardan ibarət yığması iyunun sonunda Rusiyanın birinci prezidenti Baris Yeltsinin şərəfinə Yekaterinburq və Nijni Taqildə keçiriləcək kuboku Holandiyaya qarşı oyunla başlayacaq.

Yarışın birinci qrup mərhələsi çərçivəsində iyunun 28-də keçiriləcək ilk görüşdə meydançaya Faiq Qarayevin yetirmələri və "narıncılar" çıxacaqlar.

Növbəti gün isə kollektiv Rusiyanın tələbələrdən ibarət komanası ilə qarşılaşacaq, iyunun 30-da isə Çinin olimpiya çempionları ilə oynayacaqlar.

Bu oyunun yekunlarına əsasən, "B" qrupunda bölgü və həmçinin alt qrupda ilk iki yeri tutacaq və yarımfinalda mübarizəni davam etdirəcək koomandalar müəyyən olunacaq.

"A" qrupuna turnirin sahibləri və Türkiyə, Yaponiya, Belarusiya daxilir.

Xəbər lenti

Xəbər lenti