...

Daha bir qəzetin əməkdaşları barəsində cinayət işi açılması tələb edilib

Cəmiyyət Materials 25 İyun 2007 13:36 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K.Zərbalıyeva/ Sumqayıt Dövlət Universitetinin rəhbərliyi "Dirçəliş Naminə" qəzetinin redaktoru və əməkdaşı barəsində cinayət işi açılması üçün şəhər Polis İdarəsinə müraciət edib. Qəzetin baş redaktoru Elçin Məmmədov bazar ertıəsi Trend ə bildirib ki, ona və qəzetin əməkdaşı Elçin Həsənova qarşı şərəf və ləyaqətin müdafiəsi ilə bağlı iddia qaldırılıb. Baş redaktorun sözlərinə görə, redaksiyaya universitetdə təhsil alan fizika, riyaziyyat və kimya fakültələrinin bir qrup tələbəsi müraciət edərək ali təhsil ocağında tələbələrdən rüşvət alınması ilə bağlı məlumat verib. Redaksiyanın tapşırığı ilə universitetə gedən Həsənov prorektor Məhəmməd Əhmədov tərəfindən qəbul olunub: "Əməkdaşımıza təzyiq göstərilib, diktafonu, telefonu sındırılıb, boynundan xəsarət alıb. Bütün bunlar ekspert rəyi ilə təsdiqlənib. Mən və Həsənov Sumqayıt şəhər Polis İdarəsinin 1-ci polis bölməsinə aparılmışıq. İnzibati Xətalar Məcəlləsinin 296-cı maddəsi (xırda xuliqanlıq) ilə cərimələnmişik". Baş redaktor universitetin prorektoru barəsində Cinayət Məcəlləsinin 163-cü (jurnalistlərin qanuni peşə fəaliyyətinə mane olma) maddəsi ilə cinayət işi açılması üçün Polis İdarəsinə, prokurorluğa və məhkəməyə müraciət olunduğunu deyib. Həmçinin hadisə ilə bağlı Təhsil Nazirliyinə də müraciət olunub.

Xəbər lenti

Xəbər lenti