Azərbaycan, Bakı /müx. Trend Z.Səfərov/ Azərbaycanın ən təcrübəli voleybolçularından olan Yelena Şabovta Yaponiyadakı mundialdan sonra beynəlxalq karyerasının bitdiyini bəyan etsə də, yenidən yığmaya qayıda bilər.
Komandanın baş məşqçisi Faiq Qarayevin bildirdiyinə görə, o məsələ ilə bağlı Şabovta ilə söhbət etmək niyyətindədir. Məşqçi istəyir ki, təcrübəli oyunçu gələn mövsümdə komandaya kömək etsin. "Şabovta əməliyyat olundu və indi o, yavaş-yavaş bərpa olunmağa başlayır. Lakin düşünürəm ki, o, yığmanın heyətində Avropa birinciliyi, Heydər Əliyev Kuboku və Avropa Qran-pri yaraşı zamanı çıxış edə bilər. Hər halda mən buna ümid edirəm" - deyə Qarayev vurğulayıb.
O, həmçinin qeyd edib ki, İnessa Qorxmazın da yığmaya dönüşü məsələsi faktiki olaraq həllini tapıb. Qorxmaz da mundialdan sonra yığma ilə vidalaşmışdı.