...

Bədii gimnastika üzrə Bakıda keçiriləcək Avro-2007-ni 25 ölkədən olan jurnalistlər işıqlandıracaq

Cəmiyyət Materials 29 İyun 2007 12:11 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend Z.Səfərov/ 25 ölkədən olan jurnalistlər iyunun 29-da Heydər Əliyev adına İdman-Konsert Kompleksində start veriləcək bədii gimnastika üzrə Avropa Çempionatını işıqlandıracaqlar.

Federasiyanın mətbuat xidmətindən verilən məlumata görə, mötəbər yarışı "Eurosport" və "RTR-Sport" kimi məşhur telekanallar yayımlayacaq. Azərbaycana həmçinin digər ölkələrdən, o cümlədən Almaniya, Rusiya, Gürcüstandan olan müxbirlər gələcək.

Yarışın ilk günündə "V" və "S" qruplarında yer alanlar mübarizəyə qoşulacaq. Əsas namizədlər və yeniyetmə qrup komandaları isə həftəsonu yarışacaqlar. Ümumiyyətlə birincilikdə otuz ölkədən idmançılar iştirak edəcək.

Xəbər lenti

Xəbər lenti