Azərbaycan, Bakı müx. Trend Z.Səfərov/ Azərbaycanlı qrossmeyster Teymur Rəcəbov Odessada keçirilən sürətli şahmat üzrə 4-cü beynəlxalq turnirdə Ukraynalı Vasili İvançuka məğlub olub.
Trend agentliyinin verdiyi məlumata görə, ağ fiqurlarla oynayan idmançı qələbənin əsas iddiaçısına qarşı mübarizə apara bilməyib. Sonuncu Teymurun məğlubiyyəti sayəsində şahmatçını turnir cədvəlində geridə qoyub. Bu arada cari turnirdə T.Rəcəbov ağ fiqurlarla heç də yaxşı olmayan oyun nümayiş etdirir, qara fiqurlarla oynadığı zaman isə o, iki dəfə qələbə çalıb. Maraqlıdır ki, İvançuk bu mövsüm sürətli şahmat üzrə dünya kubokunun keçirildiyi Odessada da rəqibini məğlub edib. Yarışda liderliyi isə Viktor Korçnoyla heç-heçə oynayan Aleksandr Qrişuk qoruyub saxlayır.