...

Şoumen Kamran Həsənli hara gedir?

Cəmiyyət Materials 16 İyul 2007 12:26 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 iyul /müx. "TrendLife" Vüqar Vüqarlı/ Şoumen və aparıcı Kamran Həsənli məzuniyyətə çıxan kimi yerli KiV-lər onun haqqında müxtəlif şayiələr yaymağa başladı. Guya ki, onu ATV-dən qovublar. Məsələyə aydınlıq gətirmək üçün "TrendLife" Kamranın özünə müraciət etdi. O isə bildirdi ki: "İndi yaydır. Məzuniyyət vaxtıdır. Hər bir kəs kimi mənim də dincəlmək hüququm var. Sentyabr ayında isə "Bizim saat"ı yenidən ATV kanalında aparacam. Kim ki belə şayiələr çıxardır, üzümü onlara tutub demək istəyirəm ki, olmayan şeyləri danışmasınlar".

Xəbər lenti

Xəbər lenti