...

Rusiya KİV-ləri: "Zaqreb "Dinamo"su ilə heç-heçə "Xəzər" üçün uğurdur"

Cəmiyyət Materials 18 İyul 2007 13:16 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend Z.Səfərov/ "Öz meydanında belə tanınmış rəqiblə oyunda qeydə alınan heç-heçə şübhəsiz ki, Azərbaycan klubu üçün uğurdur". Bu fikir tanınmış gazeta.ru portalına məxsusdur. "Xəzər"lə "Dinamo" (Zaqreb) arasında Tofiq Bəhrəmov adına Respublika Stadionunda keçirilən oyun (1:1) barədə belə yazılıb: "Xorvatiya yığmasının uğurlarına baxmayaraq, bu ölkənin klubları son illər Avropa arenasında parlamırlar. Ona görə də belə tanınmış klub ilkin seçmə mərhələsində başlayır. "Xəzər"in ən tanınmış oyunçusu isə qapıçı Dmitri Kramarenkodur. Lakin son zamanlar o, əsas heyətdəki yerini gənc Kəmran Ağayevə verib. Bundan əlavə "Xəzər"in müdafiəsində vaxtilə Rusiyada oynamış Emin Quliyevlə Daryus Jutautas var. Komandanın baş məşqçisi Ağasəlim Mircavadov adətinə rəğmən güclü rəqibə qarşı bir forvardla oynamaq qərarına gəldi. Bu, Zaur Ramazanov oldu. Məhz bu forvard Çempionlar liqasının yeni mövsümündə ilk qolu vurub. Lakin xorvatlar Ettonun qolu ilə tezliklə hesabı bərabərləşdirdilər".

Xəbər lenti

Xəbər lenti