...

"Bülbüllər" uşaq mahnı qrupunun tərkibi dəyişdirilir

Cəmiyyət Materials 19 İyul 2007 16:39 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 iyul/müx.TrendLife Fəridə Məhərrəmqızı/Xeyli vaxtdır əməkdar artist Aybəniz Haşımovanın rəhbərlik etdiyi "Bülbüllər" uşaq mahnı qrupunun ifası telekanallarda müşahidə edilmir. "Bülbüllər"in fəaliyyətindəki fasiləyə aydınlıq gətirən Aybəniz xanım TrendLife-a bildirib ki, bu, müvəqqəti xarakter daşıyır.

Onun sözlərinə görə, hazırda qrup üzvlərinin tərkibinin dəyişdirilməsilə məşğuldur. "Vaxtilə qrupa daxil etdiyim uşaqların yaşı artıq çoxalıb. Onlardan eləsi var ki, yaşı 20-yə çatıb. Halbuki "Bülbüllər"in üzvləri 12 yaşlı uşqaqlardan ibarət olmalıdır. Ona görə də hazırda yeni uşaqların seçimini həyata keçirirəm" - deyə A.Haşımova bildirib. O, istedadı olan hər bir uşağın seçimdə iştirak edə biləcəyini deyib. Əməkdar artistin sözlərinə görə, o, "Bülbüllər" qrupunun rəsmi dövlət qeydiyyatına alınmasına da çalışacaq.

Qeyd edək ki, "Bülbülllər"ə məşq etmək üçün Şəhriyar adına Mədəniyyət Mərkəzində yer də ayrılıb.

Xəbər lenti

Xəbər lenti