Türkiyənin pop divası Bülənt Ərsoy keçən həftə etdiyi hərəkətlə hər kəsi şoka salıb. Belə ki, www.showtvnet.com -un verdiyiməlumata görə, müğənni həyatını birləşdirdiyi Armağan Uzun üçün evlilik hədiyyəsi olaraq Porsche Cayanne cipi alıb. Kiçik bəy isə altında 170000 lirəlik maşını ilə bütün İzmir küçələrini gəzib dolanır. Bu azmış kimi, diva hətta nişan üzüklərini belə öz pulu ilə alıb. Mətbuatın "Nəyə görə bunların hamısını siz edirsiniz?" sualını pop divası belə cavablandırıb: "Bizim evlilik həyatımız məqsəd üzərində deyil, sırf sevgi və hörmət üzərində qurulub".