...

Azərbaycanda ömürlük azadlıqdan məhrum edilmiş 28 məhkum əfv olunub

Cəmiyyət Materials 19 İyul 2007 16:59 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K.Zərbalıyeva/ 1995-ci ilin iyulundan bu günədək prezident 42 əfv fərmanı imzalayıb. Ədliyyə Nazirliyinin Penitensiar Xidmətindən cümə axşamı Trend ə verilən məlumata görə, əfv fərmanı 4584 məhkuma şamil olunub. Onların böyük əksəriyyəti cəzasının qalan hissəsini çəkməkdən azad olunub, digər qisminin isə cəzası yarıya qədər azaldılıb. İmzalanmış əfv fərmanı ilə 41 yetkinlik yaşına çatmayan, 168 əlil, xəstə və qoca, 77 qadın cəzasını çəkməkdən azad olunub. Həmçinin əfv fərmanları ilə ömürlük azadlıqdan məhrum edilmiş 28 məhkum bağışlanıb. Onların bir neçəsi cəzasını çəkməkdən azad olunub, bir qisminin cəzası isə 25 ilə endirilib.

İndiyə qədər 8 amnistiya aktı qəbul olunub. Sonuncu amnistiya aktı Heydər Əliyevin anadan olmasının 84-cü il dönümü münasibətilə mayın 10-da qəbul edilib. 7 amnistiya aktı 78 min nəfəri əhatə edib, o cümlədən 21 325 nəfər cəzaçəkmə müəssisələrindən azadlığa buraxılıb. Sonuncu amnistiya aktının icrası isə davam edir. Bu aktla indiyədək 2700-dən artıq məhkum azad olunub.

Xəbər lenti

Xəbər lenti