...

Azərbaycanlı paralimpiyaçılar Avropa birinciliyində iştirak edirlər

Cəmiyyət Materials 26 İyul 2007 11:52 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend Z.Səfərov/ Güllə atıcılığı üzrə Azərbaycan yığması Almaniyada start götürən qitə birinciliyində iştirak edir.

Azərbaycanın Milli Paralimpiya Komitəsindən verilən məlumata görə, lisenziya statusuna malik yarışda respublika Yelena Taranova və Əkbər Muradovla təmsil olunub. Artıq Paralimpiadada medal qazanmış təcrübəli Yelenva Pekinə vəsiqə qazanmasına rəğmən üç növdə qüvvəsini sınayacaq. Bunlar on, iyirmi beş və əlli metr məsafəyə atışlardır.

Eyni zamanda birincilik Əkbər üçün də əhəmiyyət kəsb edir. O hələlik Pekinə vəsiqə qazanmayıb. Muradov on və əlli metr məsafəyə atışda qüvvəsini sınayacaq.

Xəbər lenti

Xəbər lenti