Azərbaycan, Bakı /müx. Trend Z.Səfərov/ Şahmat Federasiyasının vitse-prezidenti, beynəlxalq dərəcəli hakim Faiq Həsənov İspaniyadakı iki turnirə təyinat alıb.
Referinin Trend ə verdiyi məlumata əsasən, o, avqustun əvvəlində Aviles və Loqronyesdə keçiriləcək iki turnirin baş hakimi olacaq. Bu yarışlar hər il keçirilir. Adətə uyğun olaraq burada 20 yaşdan yuxarı olmayan şahmatçılar iştirak edir. Bu turnirlər də istisna deyil və orada Azərbaycandan olan qrossmeysterlər iştirak edəcək. Onlardan bir çoxları üçün İspaniyadakı turnirlərdə iştirak Xorvatiyada keçiriləcək yeniyetmə oğlanlar və qızlar arasında Avropa birinciliyinə hazırlıq mərhələsi olacaq.
Qeyd edək ki, bu il Həsənov Linaresdəki superturnirdə baş hakimin köməkçisi olub.