...

Mədəniyyət və turizm naziri Əbülfəz Qarayev: "Bir göz qırpımında hər şey dəyişəcək"

Cəmiyyət Materials 3 Avqust 2007 18:25 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 avqust / "TrendLife" müxbir Eldar Hüseynzadə/ "Nizami" kinoteatrının yenidən qurulması hələ ki layihə olaraq qalır. Həmçinin Cəfər Cabbarlı adına kinostudiyanın yenilənməsi barədə də ciddi söhbətlər gedir. Bu fikirlərin reallaşmağını nə vaxta qədər gözləməliyik? Bu sualla "TrendLife" mədəniyyət və turizm naziri Əbülfəz Qarayevə müraciət etdik. Əbülfəz Qarayev isə: "Açıq söyləməliyəm ki, mən "Nizami" kinoteatrının tam yenidən qurulması layihəsi üzərində işləyirəm. Hazırda bu çox vacibdir. Çünki belə bir iri kinokompleks bizə mütləq lazımdır. "Nizami" üzərində tanınmış rusiya şirkəti olan "İspa" işləyir. Ümid edirəm ki, bu hər kəsin xoşuna gələcək. İlin sonuna qədər biz hazırlıq işləri görəcəyik, gələn ildən isə təmirə başlayacağıq. Bu iş başa çatandan sonra isə Cəfər Cabbarlı adına kinostudiyanın yenidən qurulması layihəsinə baxacayıq. Siz gözləməyin ki, hər şey birdən dəyişəcək. Hər şeyin öz vaxtı var" bunlara belə aydınlıq gətirdi.

Xəbər lenti

Xəbər lenti