...

Koreyalı hokkeyçilər Avropa birinciliyində Azərbaycan yığmasına kömək edəcəklər

Cəmiyyət Materials 6 Avqust 2007 11:49 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend Z.Səfərov/ Bu ay Mançesterdə start götürəcək qitə çempionatında iştirak edəcək Azərbaycanın otüstü hokkey üzrə yığmasında koreyalı idmançılar da yer alacaq.

Komandanın baş məşqçisi Tahir Zamanın Trend ə verdiyi xəbərdə bildirilir ki, koreyalı idmançılar artıq vətəndaşlığı alıblar və yeni kollektivlərinə bu mötəbər yarışda kömək edə biləcəklər. "Düşünürəm ki, komandanın yeni üzvləri müdafiə xəttinin güclənməsinə kömək edəcəklər və yığmaya xeyr gətirəcəklər. Doğrudur, onlar Bakıya bu yaxınlarda gəlsələr də, koreyalıların işə yanaşması məni tam razı salır və hesab edirəm ki, koreyalılar yığmanı gücləndirə biləcəklər" - deyə pakistanlı mütəxəssis vurğulayıb.

Qeyd edək ki, Avropa birinciliyi lisenziya xarakterli olacaq və mükafatçılar Pekinə vəsiqə əldə edəcəklər.

Xəbər lenti

Xəbər lenti