...

OİTM-lərə qəbul imtahanlarının nəticələri açıqlanıb

Cəmiyyət Materials 8 Avqust 2007 12:27 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend S.Ağayeva/ Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 9 illik (əsas) təhsil əsasında texnikumlara qəbul imtahanlarının nəticələrini açıqlayıb. İmtahanların nəticələri TQDK-nın http://www.tqdk.gov.az ünvanında yerləşdirilib.

9 illik təhsil bazası əsasında tədris 86 ixtisas üzrə 47 Orta İxtisas Tədris Müəssisələrində (OİTM) aparılır.

2007/2008-ci tədris ili üçün əsas təhsil bazası üzrə OİTM-lərdə 8161 plan yeri ayrılıb. Bunlardan 5392 yer ödənişsiz, 2769 yer ödənişlidir (ötən il 8014 yer olub: 5080 ödənişsiz, 2934 ödənişli). Ayrılan yerlərdən 7386-i Azərbaycan sektoru üçün nəzərdə tutulur. OİTM-lərə 9 illik əsas təhsil bazasında 8161 yerə 14629 müraciət verilib.

Hərbi təhsil müəssisələrinə qəbulla bağlı bütün məsələlər, şikayətlər və müraciətlər TDQK yanında yaradılan apellyasiya komissiyası tərəfindən nəzərdə keçiriləcək. Bu struktur 2007-ci ilin 15 avqustundan fəaliyyətə başlayacaq.

Xəbər lenti

Xəbər lenti