...

Avropa Məhkəməsinin Azərbaycandan olan hakimi: Hakimlər hərşeydən öncə insan taleyi etibar edilə bilən insan olmalıdırlar

Cəmiyyət Materials 21 Avqust 2007 20:41 (UTC +04:00)
Avropa Məhkəməsinin Azərbaycandan olan hakimi: Hakimlər hərşeydən öncə insan taleyi etibar edilə bilən insan olmalıdırlar

Avropa insan haqları məhkəməsinin Azərbaycandan olan hakimi Xanlar Hacıyevlə Trend pin müsahibəsi

- Məhkəmə sistemində son islahatlardan sonra Siz Azərbaycanda insan hüquqlarının müdafiəsində müsbət dəyişikliklər müşahidə edirsinizmi?

- Belə bir anlayış mövcuddur ki, insan hüquqları universal xarakter daşıyır. Lakin məsələ ondadır ki, onlar Avropa Şurasına üzv dövlətlərin məhkəmələri tərəfindən başa düşüldüyü və tətbiq olunduğu səviyyədə universal xarakter daşıyırlar. Bunun üçün ilk növbədə məhkəmə orqanlarının qərəzsiz və müstəqil olması tələb olunur. Buna görə də bir tərəfdən dövlətin məhkəmə sistemində islahatlar aparılması addımını alqışlamaq lazımdır. Mən Azərbaycan rəhbəri İlham Əliyevin islahatın dinamik xarakter daşıması ilə bağlı fikri ilə razıyam.

Həm hakimlərin namizədliklərinin irəli sürülməsi proseduru, həm də onların təyinatı təkmilləşdirilir.

- Bizim hakimlərimizin müstəqilliyinə necə nail olmaq mümkündür?

- Müstəqillik əldə olunduğu ilk gündən biz hakimlərimizin öz işlərinin peşəkarı olmaları üçün onların da müstəqil və qərəzsiz olmalarına çalışırıq. Biz hərşeydən öncə ona çalışırıq ki, hakimlər insan taleyi etibar oluna bilən insan olsunlar. Bunda biz çətinliklərlə üzləşirik. Zənn edirəm ki, mövcud sistem tam formalaşmayıb. Cəmiyyətin inkişaf etməsi ilə məhkəmə prosedurları da təkmilləşir.

Vaxtilə mən zənn edirdim ki, hakimlərə Məhkəmə Assosiasiyaları yaratmaq yolu ilə icra hakimiyyəti orqanlarının müdaxiləsi olmadan öz vəzifələrini özlərinin həll etməsinə imkan vermək lazımdır. Amma dövlət bu yolla getmədi. Buna baxmayaraq Məhkəmə Hüquq Şurası yaradılıb. Müəyyən məqamlar var ki, Ədliyyə Nazirliyi ayrı-ayrı məsələlərin həllinə "himayədarlıq" edir.

Çox güman ki, mən səhv fikirləşirdim. Onda hakimlərin bağlı klubu kimi başqa bir sistem formalaşdırmaq olardı ki, öz problemlərini həll etməklə cəmiyyətin problemləri haqqında unudardılar.

Digər tərəfdən biz icra hakimiyyətinin hakimlərin təyinatı məsələsində iştirakının həddindən çox olduğu yolla getdik.

Bu başqa bir ifratçılıqdırmı? Hesab edirəm bu suala zaman cavab verəcək.

2000-ci ildə hakimlərin tərkibinin 60 faizinin dəyişdirilməsi ilə bağlı ilk cəhd tələb olunan nəticəni verməyib. Mən bu gün 1992-ci ildə istədiklərimi görürəm. Hələ o zaman biz Azərbaycanda hüquqi islahatlar barədə düşünməyə başlamışdıq, lakin bu mənfi nəticələrə səbəb ola bilərdi. Ola bilsin bizdə daha çox etibar oluna biləcək məhkəmə korpusu formalaşanda cəmiyyət hakimlərin bu tərkibinə anlayış və etimadla yanaşacaq.

- Məhkəmə sistemindəki korrupsiya ilə necə mübarizə aparmaq lazımdır?

- Məhkəmələrdə korrupsiya ilə mübarizə - bu əbədi problemdir, xüsusilə gənc ölkələr üçün. Mən ingilis analitiklərinin yazdığı Şərqi Avropa ölkələri ekspertlərinə istinadların olduğu bir məqaləni oxudum və keçiş Sovet ölkələrindən birinin aşağı məhkəmələrində korrupsiyanın dövriyyəsindən şoka düşdüm. Hansı olduğunu deməyəcəm, lakin bu Azərbaycan deyil. Doğrusu bilmirəm bu məlumata nə qədər inanmaq olar.

Dünya təcrübəsinə əsasən hakimlərə lazımı maddi şərait yaradılır. Hakim maddi cəhətdən təmin olunmalıdır. Siz bilirsiniz ki, biz Avropanın bir hissəsi kimi tanınsaq da Şərqin səciyyəvi keyfiyyətləri ilə əlaqəmiz var.

Bununla da qarşılaşmaq olar ki, insanın tələbatını onun əmək haqqını artırmaqla ödəmək mümkün deyil.

Həqiqətən də son zamanlar dövlət əmək haqlarının artırılması üçün tədbirlər görür. Əgər hakim işləyən şəxslər başa düşməsələr ki, dövlətin həll edə biləcəyindən daha yüksək hədlər var, bunun nəticəsi olmayacaq. Ona görə də, testdən keçən və hakim olan insan başa düşməlidir ki, bu vəzifə ilk növbədə onun üçün şərəflidir. O, cəmiyyətdə böyük nüfuz qazanır və bu artıq üstünlükdür.

Digər tərəfdən öz cəmiyyətində o, ən yüksək maaşlıdır və dövlət ona bundan artıq verə bilməz. Əgər insanın inandığı dəyərləri yalnışdırsa, əgər onun süuru aşınmaya məruz qalıbsa heçbir maaş onu dəyişməyəcək.

- Siz şərq amilini bizim bir sıra problemlərimizin səbəbi adlandırdınız. Bəlkə, biz tez-tələsik Avropaya inteqrasiya etməliyik?

- Mən Şərq haqqında danışanda pisləmirəm. Bu mədəniyyət məsələsidir.

Bizim parlament sentyabrın sonunda Bakıda konfrans keçirmək niyyətindədir. Avropa İnsan Haqları Məhkəməsinin hakimlərindən biriningəlməsi gözlənilir. O heçvaxt bizdə olmayıb. Bu hakim necəsə mənimlə söhbətdə söylədi ki, mədəniyyəti yol hərəkəti mədəniyyəti ilə qiymətləndirir. Bu insan sentyabrın sonunda bura gələcək. Bizdə avtomobil müfəttişliyi yaxud polisin səyi ilə tənzimlənməsi mümkün olmayan idarəolunmaz yol hərəkəti var. Bu mədəniyyət məsələsidir.

Hüquq - bu da mədəniyyətin bir hissəsidir. Siz mənə hakimlər haqqında deyirsiniz - bu məsələyə də həmçinin bu rakursdan baxmaq lazımdır.

Biz həmişə presedentlər haqqında danışırıq. Bəziləri bunun nəyə xidmət etdiyini də başa düşmürlər. Bu bəsitdir. Siz ali məhkəmə tərəfindən çıxarılmış qərar haqqında bilirsiniz və sizdə oxşar mübahisə yaranıb. Siz məhkəməyə müraciət edirsiniz və tamamilə başqa qərar alırsınız. Bu yolla, bu instansiyada işi olan bir çox insanların hüquqa hörməti itir.

Buna görə də, yuxarı məhkəmər presedentləri seçməlidirlər, aşağı məhkəmələr isə sadəcə onlara istiqamətlənməlidirlər. Qanunun hamının əməl etməli olduğu yeganə meyar olması ilə bağlı deyilənlərlə mən də razıyam. Lakin aşağı məhkəmələrin əsaslanmalı olduğu məhkəmə qərarları da var. Yuxarıda duran məhkəmələrin vəzifəsi - bütün zidd qərarları ləğv etməkdir. Təbii ki, bütün bu qərarlar hüquq və Konvensiyanın tələblərinə cavab verməlidirlər.

- Sizə elə gəlmir ki, Azərbaycanın həm məhkəmə, həm də bir çox digər sahələrinin daha gənc kadrlara ehtiyacı var?

- Bu da həmçinin sadə məsələ deyil. İyul ayında mənim Sloveniyadan olan həmkarım Bakıda olub. Mən də onunla razıyam ki, məhkəmə fəaliyyəti müəyyən həyat təcrübəsi tələb edir. Bir tərəfdən mən sizin sualınızı başa düşürəm. Təbii ki, yeni düşüncəli, təhsilli insanlar çox lazımdır. Lakin məhkəmə liderliyi anlayışı var. Hakimlər, əlbəttə ki, siyasətçi deyillər. Siyasi liderlik var ki, bu harizma və s tələb edir. Bizim sahəmizdə öz nüfuz və biliyi ilə hörmət qazanan və buna təşəbbüslə yanaşan insanlar işləyir. Məhkəmə liderliyi bu cür formalaşır. Lider olmaq üçün hüquqi biliklərə və həyat təcrübəsinə malik olmaq tələb olunur. Məhkəmə fəaliyyəti yalnız qanunvericilik biliyi və təcrübə yox, həm də müdriklik tələb edir.

Mən deyərdim ki, böyük sayda gənc kadrlar tələb olunur. Lakin onları öz ardınca apara bilən liderlər olmalıdır. Bu uyğunluq lazımi nəticəni verəcək.

Xəbər lenti

Xəbər lenti