...

Bərdədə quduzluq hallarının qarşısını almaq üçün gücləndirilmiş iş rejiminə keçirilib

Cəmiyyət Materials 23 Avqust 2007 17:38 (UTC +04:00)

Azərbaycan, Bərdə / Trend müxbir Ş.Cəliloğlu/ Con bir həftə ərzində Bərdədə 150-ə yaxın sahibsiz it məhv edilib. Rayon Baytarlıq Xidmətinin rəisi Mehman Məmmədov cümə axşamı bildirib ki, Bərdədə quduzluq hallarının qarşısını almaq üçün idarə gücləndirilmiş iş rejiminə keçib.

Onun sözlərinə görə, bu ilin yeddi ayı ərzində 1656 it peyvəndlənib. Bu il rayondakı itlərin peyvəndlənməsi üçün ümumilikdə 1700 vaksin ayrılıb. Bu isə azlıq təşkil edir. Məmmədov əlavə vaksinlərin ayrılması üçün Dövlət Baytarlıq Xidmətinə müraciət edəcəyini deyib.

Rayonda mal-qara və itlər arasında quduzluq faktları aşkarlanmayıb.

Ötən il Bərdədə 1870 itin peyvəndlənmə aparılıb.

İyun ayından başlayaraq Azərbaycanda heyvanlarda quduzluq faktları qeydə alınmağa başlayıb. Quduzluq faktına görə, Neftçala rayonunda 9 yaşlı uşaq həlak olub.

Bərdə paytaxt Bakıdan 320 kilometr cənub-qərbdə yerləşir.

Xəbər lenti

Xəbər lenti