...

Azərbaycanın boks üzrə yığması "Yantarnıye perçatki" turnirində ikinci yeri tutub

Cəmiyyət Materials 27 Avqust 2007 16:32 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir Z.Səfərov/ Azərbaycanın boks üzrə yığması Kalininqradda keçirilən beynəlxalq "Yantarnıye perçatki" turnirində ikinci yeri tutub.

Yekun görüşdə kollektiv bütün on bir çəki dərəcəsində rinq sahiblərinə uduzub. Məmməd Eyvazovun yetirmələri arasında ən yaxşısı Qennadi Kovelenkodan 3 xal geri qalan, çempionatın mükafatçısı Emil Məhərrəmov ( 64 kq) olub. Bu yolla Emil Çikaqo mundialında iştirak şansını artırıb. Belə ki, bu çəki dərəcəsində Azərbaycanın iki dəyərli idamançısı - Emil Məhərrəmov və Fərhad Əcəlov var. Məhz o Kovalenko ilə görüşə çağırılsa da heç bir əsas gətirmədən rinqə çıxmayıb.

Azərbaycanın dəri əlcək ustaları Rusiya ilə görüşə qədər Ukrayna və Qazaxıstandan olan boksçulara qalib gəlmişdilər.

Xəbər lenti

Xəbər lenti