...

Şeyxülislam: "Hakimiyyətə gəlmək siyasəti Azərbaycan dindarlarının siyasəti deyil"

Cəmiyyət Materials 28 Avqust 2007 13:58 (UTC +04:00)
Şeyxülislam: "Hakimiyyətə gəlmək siyasəti Azərbaycan dindarlarının siyasəti deyil"

Azərbaycan, Bakı/ Trend , müxbir S.Ağayeva/ Hakimiyyətin ələ keçirilməsi siyasəti Azərbaycandakı dindarların siyasəti deyil. Bu barədə çərşənbə axşamı jurnalistlərə Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadə bildirib.

"Bizdə dindarların dövlətə qarşı münasibətləri həmişə loyal olub" - deyə o söyləyib.

Şeyxülislam qeyd edib ki, dinin siyasi məqsədlərlə istifadə olunması dünya dindarlarına xas olmamalıdır.

Paşazadənin sözlərinə görə, bu gün Azərbaycanda dindarlar və dövlət bir-biri ilə tam qarşılıqlı anlaşma şəraitindədir. Dini tolerantlıq məsələsi dövlətin diqqət mərkəzindədir. Azərbaycanda 2 min məscidin olması da bunu təsdiqləyir.

Xəbər lenti

Xəbər lenti