...

Mətbuat Şurası üç qəzetin təkzib verməsinə nail olub

Cəmiyyət Materials 3 Sentyabr 2007 15:42 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir S.İlhamqızı/ Son 15 gün ərzində Azərbaycan Mətbuat Şurasına 12 şikayət daxil olub. Bu barədə bazar ertəsi Trend ə Mətbuat Şurasının katibi Rəhim Hüseynzadə məlumat verib.

Onun sözlərinə görə, daxil olan şikayətlərdən 11-i Bakıda çap olunan nəşrlər, biri isə regional qəzet barəsindədir. Ən çox "Media Azərbaycan" qəzeti barəsində şikayət verilib.

Hüseynzadə bildirib ki, şikayətlərin motivi qəzetlərin birtərəfli ittihamlar, əsaslandırılmamış məlumatlar verməsi, jurnalistlərin peşə etikasını pozması ilə əlaqədardır. Bu şikayətlər barəsində Mətbuat Şurasının şikayətlər üzrə Komissiyasının iclasında rəy çıxarılacaq.

Son 15 gündə Mətbuat Şurasına şifahi şəkildə daxil olmuş şikayətlər isə artıq araşdırılıb və Şuranın təşəbbüsündən sonra üç qəzet şikayətçilərin tələbini yerinə yetirərək təkzib verib.

Xəbər lenti

Xəbər lenti