...

Avropa Şurasının insan haqları üzrə komissarı Azərbaycan prezidenti ilə KİV ətrafında vəziyyəti müzakirə edəcək (Video)

Cəmiyyət Materials 3 Sentyabr 2007 16:00 (UTC +04:00)
Avropa Şurasının insan haqları üzrə komissarı Azərbaycan prezidenti ilə KİV ətrafında vəziyyəti müzakirə edəcək (Video)

Azərbaycan, Bakı / Trend , müxbir A. Qasımova/ Avropa Şurasının insan haqları üzrə komissarı Tomas Hammerberq Azərbaycan prezidenti İlham Əliyevlə kütləvi informasiya vasitələri ətrafında vəziyyəti müzakriə edəcək. Bu barədə bazar ertəsi Bakıda jurnalistlərə Hammerberq məlumat verib.

"Azərbaycan prezidenti ilə görüş zamanı biz mətbuatın vəziyyəti məsələsini müzakirə edəcək, həmçinin insan haqları sahəsində Avropa Şurasının tövsiyələrini çatdıracağıq" - deyə Hammerberq bildirib.

Azərbaycanın vətəndəş cəmiyyətinin nümayəndələri ilə görüşdən sonra Hammerberq bildirib ki, müzakirələrin mərkəzində insan haqları, uşaq haqları, xüsusilə azyaşlı cinayətkarların və qadınların haqları ilə bağlı vəziyyət olub. Eləcə də QHT-lərin fəaliyyəti və mətbuatla bağlı vəziyyət müzakirə olunub.

"Dekabr ayında Azərbaycan hökuməti fəaliyyət planı qəbul edib və biz onun reallaşmasına nəzarət edəcəyik" - deyə komissar bildirib.

Komissarın beşgünlük səfəri çərçivəsində prezident, parlamentarilərlə, Ədliyyə, Daxili İşlər, Milli Təhlükəsizlik, Səhiyyə nazirliklərinin rəhbərləri ilə, Qaçqınlar və Məcburi Köçkünlər üzrə Dövlət Komitəsinin rəhbəri və ombudsmanla görüşlər keçirəcəyi gözlənilir.

İnsan haqları üzrə komissarın Azərbaycana səfərinin yekunu olaraq məruzə hazırlanacaq və Avropa Şurasının Nazirlər Komitəsinin müzakirəsinə çıxarılacaq.

"Hazırda məndə Azərbaycanda insan haqları ilə bağlı heç bir təəssürat yoxdur, bu, səfərin sonunda məlum olacaq" - deyə Hammerberq əlavə edib.

Xəbər lenti

Xəbər lenti