Azərbaycan, Bakı, 4 sentyabr / "TrendLife" , müxbir Vüqar Vüqarlı/ Tanınmış müğənnilər Azər Zeynalov və Lalə Məmmədova bu yaxınlarda Ukraynadan qayıdıblar. Onları ora Brovari şəhərində yaşayan həmyerlilərimiz dəvət ediblər. "Bizi gözəl qarşıladıqları üçün həmyerlilərimizə dərin minnətdarlığımı bildirirəm. Qeyd edim ki, onlar bizim üçün yüksək səviyyədə şərait yaratmışdılar. Ukrayna və Azərbaycan əlaqələrinin möhkəmlənməsi üçün həmyerlilərimiz əllərindən gələni edirlər və mən buna görə çox sevinirəm" - deyə müğənni Lalə Məmmədova öz təəssüratlarını "TrendLife"la böluşdu.