...

Azərbaycan Olimpiadada idmanın 16 növü ilə təmsil oluna bilər

Cəmiyyət Materials 8 Sentyabr 2007 13:15 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir Z.Səfərov/ Azərbaycan yığması Pekində keçiriləcək Olimpiadada ən azı 16 idman növü ilə təmsil oluna bilər.

İdman və turizim nazirinin müavini İsmayıl İsmayılovun Trend ə verdiyi məlumata görə, ənənəvi güləş, boks, taekvando, ağır atletika idman növləri ilə yanaşı, respublika Olimpiadaya atçılıq idman növü üzrə nümayəndəsini də göndərə bilər. "Bizim qadın at sürənimiz Cəmalə Rəhimovanın Olimpiadaya düşmək üçün yaxşı şansları var. Baydar və kanoyedə avar çəkmə idman nöaünü də hesabdan silmək olamaz. Digər sevindirici amil kimi, yüngül atlelərimizin tələb olunan normativləri yerinə yetirməklə yanaşı, nüfuzlu yarışlarda medal qazanmalarını qeyd etmək olar" - deyə İsmaylov əlavə edib.

Xəbər lenti

Xəbər lenti