...

Azərbaycanın Cüdo Federasiyasının vitse-prezidenti beynəlxalq konqresdə iştirak edəcək

Cəmiyyət Materials 11 Sentyabr 2007 12:18 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir Z.Səfərov/ Azərbaycanın Cüdo Federasiyasının vitse-prezidenti Asif Əsgərov növbəti həftə sonu Braziliyada start götürəcək dünya çempionatında milli nümayəndə heyətinə başçılıq edəcək.

O, Beynəlxalq Federasiyanın Konqresində iştirak edəcək. Konqresin gündəliyində bir sıra mühüm məsələlər dayanır. Konqres zamanı yaxın zamanlarda keçiriləcək mundialın paytaxtının, idmanın bu növünün inkişafı strategiyasının müəyyən ediləcəyi və digər məsələlərin müzakirə olunacağı gözlənilir.

İJF-nin Konqresində orqanizmində qadağan olunmuş prerparatların izləri tapılan və gənclər arsında dünya birinciliynin qalibi Nicad Şıxəlizadə ilə bağlı məsələyə aydınlıq gətiriləcək. İdmançıdan analiz Minskdə keçirilən təlim -məşq toplanışı zamanı Ümumdünya Antidopinq Agentliyi tərəfindən götürülüb.

Xəbər lenti

Xəbər lenti