...

Bakı açıq birinciliyində dörd ölkənin gimnastları çıxış edəcəklər

İdman Materials 31 Yanvar 2012 14:21 (UTC +04:00)
Fevralın 3-4-də Bakı Olimpiya İdman Kompleksində bədii gimnastika üzrə 19-cu Bakı açıq birinciliyi keçiriləcək.
Bakı açıq birinciliyində dörd ölkənin gimnastları çıxış edəcəklər

Azərbaycan, Bakı, 31 yanvar / Trend /

Fevralın 3-4-də Bakı Olimpiya İdman Kompleksində bədii gimnastika üzrə 19-cu Bakı açıq birinciliyi keçiriləcək.

Yarışlarda paytaxt cəmiyyətlərindən olan 131 gimnast və 4 qrup komandası, eləcə də başqa şəhər və ölkələrin idman təşkilatları iştirak edəcəklər. Bakı İdman Məktəbinin və Respublika Kompleks İdman Məktəbinin, "Neftçi" və "Təhsil", "Spartak" və "Sərhədçi" , "Zirvə", Bakı Peşəkar İdman Klubunun və Nizami rayonu Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin idmançıları ilə yanaşı, Sumqayıtdan iki, Gəncədən, Xırdalandan və ilk dəfə olaraq Qusardan bir gimnast, Gürcüstandan üç, Qazaxıstandan dörd və Türkiyədən altı gimnast iştirak edəcək.

Gimnastlar altı yaş qrupuna (1997-99, 2000, 2001, 2002, 2003 və 2004-cü illər təvəllüdlü) bölünəcək və həm çoxnövçülük, həm də ayrı-ayrı növlər üzrə mübarizə aparacaqlar.

Gimnastların çıxışlarını yerli hakimlərlə yanaşı, gürcü, qazax və türkiyəli hakimlər də qiymətləndirəcəklər. Beynəlxalq Gimnastika Federasiyasının Texniki Komitəsinni üzvü Noha Əbuşaban (Misir) fəxri qonaq qismində Bakı yarışmasına dəvət edilib.

Xəbər lenti

Xəbər lenti