Azərbaycan, Bakı, 1 fevral /Trend, müxbir B.Hacıyev/
Qadın güləşi üzrə yığma komandanın üzvləri 2-14 fevral 2012-ci il tarixdə Kiyevdə təlim-məşq toplanışında və 15-16 fevralda isə ənənəvi beynəlxalq turnirdə iştirak edəcəklər.
Azərbaycan Güləş Federasiyasından çərşənbə günü Trend-ə verilən məlumata görə, baş məşqçi Rövşən Umudov və böyük məşqçi Qrek İqnatın rəhbərliyi altında yığma komandanın üzvləri bu gün Ukraynaya yola düşəcək.
Heyətdə Mariya Stadnik (48 kq), Patimat Baqomedova (51 kq), Yuliya Ratkeviç (55 kq), Sona Əhmədli (59 kq), Olesya Zamula, Anna Belyayeva, Gözəl Zutova (hamısı 63 kq), Nadya Sementsova (67 kq) və Dina İvanova (72 kq) yer alıb.
Turnirin proqramına əsasən, ilk gün 48, 55, 63, 72 kq, ikinci gün isə 51, 59, 67 kq çəki dərəcələrində qadın güləşçilər mübarizə aparacaq.