...

Bakı 2020-ci il Olimpiya Oyunlarını keçirmək üçün hazırlanan kitabın Azərbaycanda təqdimatı keçiriləcək

İdman Materials 12 Fevral 2012 13:14 (UTC +04:00)
Bakı 2020-ci il Olimpiya Oyunlarını keçirmək üçün hazırlanan "Sifariş kitabı"nın fevralın 13-də Azərbaycanın Milli Olimpiya Komitəsində təqdimatı keçiriləcək.
Bakı 2020-ci il Olimpiya Oyunlarını keçirmək üçün hazırlanan kitabın Azərbaycanda təqdimatı keçiriləcək

Azərbaycan, Bakı, 12 fevral / Trend müxbir M.Əliyev/

Bakı 2020-ci il Olimpiya Oyunlarını keçirmək üçün hazırlanan "Sifariş kitabı"nın fevralın 13-də Azərbaycanın Milli Olimpiya Komitəsində təqdimatı keçiriləcək. Bu barədə şənbə günü Trend-ə Azərbaycan Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən bildiriblər.

Azərbaycan haqqında ətraflı məlumatları özündə əks etdirəcək "Sifariş kitabı"nda tək idman haqqında deyil, ölkənin ümumi iqtisadi, ekoloji durumu barədə də məlumatlar veriləcək.

"Sifariş kitabı" fevralın 14-dək İsveçrənin Lozanna şəhərində digər namizəd şəhərlərlə birgə Beynəlxalq Olimpiya Komitəsinə (BOK) təqdim olunacaq.

BOK tərəfindən məlumatlar 2 ay müddətində dəyərləndirilərək Azərbaycanın durumu ilə bağlı açıqlama veriləcək.

Azərbaycanda Bakının namizədliyi ilə bağlı Təşkilat Komitəsi yaradılıb.

2020-ci il Yay Olimpiya Oyunlarının keçirilməsi üçün Bakı ilə yanaşı Madrid, Roma, Tokio, İstanbul və Qətərin paytaxtı Doha şəhəri də namizədliklərini irəli sürüblər. İlk təqdimat 2012-ci ilin fevral ayında baş tutmalıdır.

2012-ci ilin aprel ayında BOK-un İcraiyyə Komitəsinin iclasında 6 iddiaçı ölkədən hansının növbəti mərhələyə keçməsinə qərar veriləcək, həmin qərar isə rəsmi olaraq mayın 20-25-də Kanadanın Kvebek şəhərində elan olunacaq.

BOK ikipilləli seçimdən sonra 7 sentyabr 2013-cü ildə Argentinanın paytaxtı Buenos-Ayres şəhərində Olimpiadaya ev sahibliyi edəcək şəhərin adını açıqlayacaq.

Azərbaycanın Milli Olimpiya Komitəsi Bakının namizədliyini 2016-cı il Yay Olimpiya Oyunları üçün də irəli sürmüşdü. Lakin BOK 2016-cı ildə Olimpiadanın Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilməsini qərara alıb.

Xəbər lenti

Xəbər lenti