...

Təbii buzlarda açıq respublika çempionatının birinci turunda iranlı idmançı qalib olub (FOTO)

İdman Materials 15 Fevral 2012 09:40 (UTC +04:00)
Təbii buzlarda açıq respublika çempionatının birinci turunda iranlı idmançı qalib olub (FOTO)
Təbii buzlarda açıq respublika çempionatının birinci turunda iranlı idmançı qalib olub (FOTO)

Azərbaycan, Bakı, 15 fevral /Trend, müxbir E.Mehdiyev/

Azərbaycanda təbii buzlarda açıq respublika çempionatı keçirilib.

Trend-in məlumatına görə, Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının Gənclər və İdman Nazirliyi ilə birlikdə Qusar rayonunun Ləzə kəndi yaxınlığındakı donmuş şəlalələrdə keçirdiyi buzadırmanma üzrə açıq respublika çempionatının I turu - çətinlik mərhələsi başa çatıb.

Çempionatda həmçinin Rusiya Federasiyasının, Türkiyə və İran respublikalarının idmançıları iştirak ediblər.

Yarışda Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının Bakıdan "A+A", "Ekosport", "Climb-club", "Rock Stone", "Meteor", Bakı Dövlət Universitetinin "Extrem", Memarlıq və İnşaat Universitetinin "Edelveys", "Qərb Universiteti klubu", Azərbaycan Turizm İnstitutunun "AMEAST", Bədən Tərbiyəsi və İdman Akademiyasının "Gənclik", "Xəzər Universiteti klubu", "İqtisad Universiteti klubu", Qobustandan "Tanrıdağ", Qusardan "Salavat", "Qusar" və "Zirvə", İsmayıllıdan "Babadağ", Zaqataladan "Mountain Bee", Qaxdan "Extremal", Yardımlıdan "Kəmərqaya" klublarının 90 nəfərə yaxın idmançısı, o cümlədən Azərbaycan Alpinizm Federasiyasının və Dağçılıq İdman klubunun idmançıları iştirak edib.

Keçən illərdən fərqli olaraq bu il yarışa qatılan idmançıların sayının çox olmasından, həmçinin yarış qaydaları Türkiyədən gəlmiş UİAA-nın beynəlxalq dərəcəli hakimi Murad Səlim Şirin tərəfindən beynəlxalq tələblər səviyyəsində qurulduğundan və hava şəraiti sərt, şaxtalı olduğundan nəzərdə tutulan iki gün ərzində yalnız çempionatın təsnifat və I tur- çətinlik mərhələlərini tam keçirmək mümkün olub.

I tur birinci yeri İran idmançısı Məsud Zeynali, ikinci yeri Rusiyadan olan idmançı Xızrıyev Rəcəb, Şinqayev Şirxan (FAİREX-in idmançısı), 3-cü yeri isə Qareyxanov Şamil (FAİREX-in idmançısı), Abdullayev Əli (DİK-in idmançısı) tutub.

Çempionatın hakimlər kollegiyasının qərarı ilə yarışın II turu - sürət mərhələsi 18-19 fevral 2012-ci il tarixlərində keçiriləcək və yarışda uğur qazanan idmançılar gələn həftə mükafatlandırılacaq.

Xəbər lenti

Xəbər lenti