...

Avropa çempionatında iştirak edəcək Azərbaycan güləşçilərinin adları açıqlandı

İdman Materials 25 Fevral 2012 14:10 (UTC +04:00)
Martın 6-11də Serbiyanın paytaxtı Belqrad şəhərində böyüklər arasında güləş üzrə Avropa çempionatı keçiriləcək.
Avropa çempionatında iştirak edəcək Azərbaycan güləşçilərinin adları açıqlandı

Azərbaycan, Bakı, 25 fevral /Trend/

Martın 6-11də Serbiyanın paytaxtı Belqrad şəhərində böyüklər arasında güləş üzrə Avropa çempionatı keçiriləcək.

Trend-in Azərbaycan Güləş Federasiyasının rəsmi saytına istinadən yaydığı məlumata görə, bu gün Avropa çempionatında iştirak edəcək sərbəst, yunan-Roma və qadın güləşi üzrə yığma komandaların heyəti federasiyanın I vitse-prezidenti Namiq Əliyev tərəfindən açıqlanıb.

Sərbəst güləş üzrə yarışlarda ölkəmizi Qalib Əliyev (55 kq), Toğrul Əsgərov (60 kq), Cəbrayıl Həsənov (66 kq), Aleksandr Qostiyev (74 kq), İlya Xamikoyev (84 kq), Novruz Temrezov (96 kq) və Cəmaləddin Məhəmmədov təmsil edəcək. Yığma komanda baş məşqçi Saypulla Absaidov, böyük məşqçi Firdovsi Umudov və məşqçi Aslan Ağayevin rəhbərliyi altında çempionatda iştirak edəcək.

Qadın güləşi üzrə yığma komandanın heyətində Marziget Baqomedova (48 kq), Patimat Baqomedova (51 kq), Yuliya Ratkeviç (55 kq), Sona Əhmədli (59 kq), Olesya Zamula (63 kq), Nadya Sementsova (67 kq) və Natalya Palamarçuk (72 kq) yer alıb. Komandanı çempionata baş məşqçi Rövşən Umudov, böyük məşqçi Qrek İqnat və məşqçi Mehman Nəcəfov hazırlaşdırır.

Yunan-Roma güləşi üzrə yığma komandanın məşqçilər korpusu Salih Bora, Şaban Donat, Mutalib Yerlikaya və Turac Hüseynov 55 kq-da Elçin Əliyev, 60-da Kamran Məmmədov, 66 kq-da Vitali Rəhimov, 74 kq-da Elvin Mürsəliyev, 84 kq-da Saman Təhmasibi, 96 kq-da Şalva Qadabadze və 120 kq-da Məsud Həşimzadəyə şans verəcək.

Xəbər lenti

Xəbər lenti