...

Bu il AFFA-nın gəlirlərinin 5 milyon manat olacağı proqnozlaşdırılır

İdman Materials 9 Mart 2012 11:49 (UTC +04:00)
Bu il AFFA-nın gəlirlərinin 5 milyon manat olacağı proqnozlaşdırılır. Trend-in məlumatına görə, bu barədə AFFA-nın cümə günü keçirilən hesabat-seçki konfransında müzakirələr zamanı məlumat verilib.
Bu il AFFA-nın gəlirlərinin 5 milyon manat olacağı proqnozlaşdırılır

Azərbaycan, Bakı, 9 mart / Trend müxbir M.Əliyev/

Bu il AFFA-nın gəlirlərinin 5 milyon manat olacağı proqnozlaşdırılır. Trend-in məlumatına görə, bu barədə AFFA-nın cümə günü keçirilən hesabat-seçki konfransında müzakirələr zamanı məlumat verilib.

Məlumatda qeyd olunub ki, 2012-ci ildə baş sponsor olan SOCAR AFFA-ya 12 milyon manat ayıracaq. 2011-ci ildə bu göstərici 11,1 milyon manat olub.

AFFA prezidenti Rövnəq Abdullayev deyib ki, 2011-ci ildə də AFFA-nın gəlirlərinin 5 milyon manat olacağı proqnozlaşdırılırdı, lakin 9 milyon manat olub. Ona görə də bu il gəlirlərin 10 milyon manat olması ehtimalı var.

Xəbər lenti

Xəbər lenti