...

Azərbaycan gimnastı dünya kuboku mərhələsinin qalibi olub

İdman Materials 30 Aprel 2012 13:57 (UTC +04:00)
Azərbaycan gimnastı Aliyə Qarayeva Penzada (Rusiya) keçirilən Dünya Kuboku mərhələsində halqa ilə tapşırıqda qalib adını qazanıb.
Azərbaycan gimnastı dünya kuboku mərhələsinin qalibi olub

Azərbaycan, Bakı, 30 aprel /Trend/

Azərbaycan gimnastı Aliyə Qarayeva Penzada (Rusiya) keçirilən Dünya Kuboku mərhələsində halqa ilə tapşırıqda qalib adını qazanıb. Bu barədə bazar ertəsi Trend-ə Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən məlumat veriblər.

"Belə qızıl uğur milli komandanın liderinin aktivinə ölkə gimnastika tarixində ilk dəfə olaraq yazılıb. Şənbə günü keçirilən çoxnövçülük yarışında və bazar günü lentlə hərəkətlərdə əldə edilən bürünc medallar proqnozlaşdırılırdısa, halqa ilə tapşırıqda qazanılan qələbə Olimpiya mövsümünün əsas hadisəsi oldu" , - federasiyadan qeyd ediblər.

"Üstəlik adlı-sanlı idmançılar məğlub edilib, onlar arasında rusiyalı dünya çempionu Darya Dmitriyeva var ki, o da ikinci yerə çıxıb. Ölkə himnini eşitmək çox xoş idi. Himnin sədaları beynəlxalq miqyaslı müxtəlif turnirlər haqqında xoş xatirələri yada salırdı.

Halqa ilə tapşırığın finalında qələbə qazanacağınızı gözləyirdimmi? Mən həmişə xalçaya qalib psixilogiyası və özüm və ölkəmi layiqincə təmisl etmək məqsədilə çıxıram. Düzdür, indiki məqamda səhvlər yox idi, belə demək mümkündürsə. Mənim fəxri kürsünün ən yüksək pilləsinə qalxmağıma mane olmayan cüzi səhvlər oldu" , - Qarayeva deyib.

Onun sözlərinə görə, qarşıda mayın ortalarında Fransada keçiriləcək Dünya Kubokunun daha bir mərhələsi var, sonra isə bu ilin ilk iri turniri və Olimpiadadan öncə son turnir olan Avropa çempionatı olacaq. Qitə çempionatı iyunun 1-3-də Nijni Novqorodda keçiriləcək.

Avropa çempionatının iştirakçıları arasında Azərbaycanın qrup komandası da olacaq. Qrup komandası bu yarışlara hazırlıq çərçivəsində Lalə Yusifova ilə birlikdə bu həftə dünya kubokunun digər mərhələsində iştirak etmək üçün Sofiyaya yola düşəcək.

Xəbər lenti

Xəbər lenti