Azərbaycan, Bakı, 9 may /Trend/
Mayın 10-da Yunanıstanda Olimpiya məşəlinin yandırılma mərasimi keçiriləcək.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən çərşənbə günü Trend-ə verilən məlumata görə, mərasimdə iştirak etmək üçün Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov bu ölkəyə rəsmi səfərə yollanır.
Səfər çərçivəsində Azad Rəhimovun Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Jaq Roqqe, Yunanıstanın Olimpiya Komitəsinin prezidenti Spiros Kaprolos, London Yay Olimpiya Oyunlarının təşkilat komitəsinin rəhbəri Lord Sebastyan Coe və digər rəsmilərlə görüşü nəzərdə tutulub.