...

Məhəmməd Əbdülhəmidov: Azərbaycan boksçuları Londona yalnız qızıl medallar qazanmağa gedir

İdman Materials 24 İyul 2012 14:11 (UTC +04:00)
Azərbaycan boksçuları Londona yalnız qızıl medallar qazanmaq məqsədi ilə gedir. Bunu çərşənbə axşamı Trend-ə London olimpiadasında 56 kq çəki dərəcəsində mübarizə aparacaq boksçu Məhəmməd Əbdülhəmidov bildirib.
Məhəmməd Əbdülhəmidov: Azərbaycan boksçuları Londona yalnız qızıl medallar qazanmağa gedir

Azərbaycan, Bakı, 24 iyul / Trend müxbir M.Əliyev/

Azərbaycan boksçuları Londona yalnız qızıl medallar qazanmaq məqsədi ilə gedir. Bunu çərşənbə axşamı Trend-ə London olimpiadasında 56 kq çəki dərəcəsində mübarizə aparacaq boksçu Məhəmməd Əbdülhəmidov bildirib.

"Boks yığmamızın heç bir üzvü Londona yalnız iştirak xatirinə getmir. Yüksək səviyyədə hazırlıq prosesi keçmişik. Bizim hazırlıq səviyyəmiz olimpiadada ən yüksək nəticələrə ümid etməyə əsas verir. İnşallah, qələbələrlə qayıdarıq", - o deyib.

Hava limanından Olimpiya komandamızla birgə bu gün yola düşən Əbdülhəmidov olimpiadanın ilk yarış günü, 28 iyulda rinqə çıxan ilk idmançılarımızdan olacaq.

"Hələ ki belə hislərvar ki, elə bil adi yarışa gedirik. Lakin yəqin ki, Londona çatanda düşəndə Olimpiya həyacanı hiss olunacaq", - boksçu bildirib.

Xəbər lenti

Xəbər lenti