Azərbaycan, Bakı, 25 iyul /Trend/
FIFA nümayəndələri Oliver Voqt və Stefan Uistuba Bakıda səfərdədirlər.
Trend AFFA-nın rəsmi saytına istinadən məlumat verir ki, səfər proqramı çərçivəsində FIFA nümayəndələri Tofiq Bəhramov adına Respublika stadionuna və AFFA tərəfindən 8-ci km qəsəbəsində inşa olunan stadiona gedib, görülən işlərlə və infrastrukturun vəziyyəti ilə tanış olublar.
FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin Yerli Təşkilat Komitəsinin sədri Elxan Məmmədov Oliver Voqt və Stefan Uistuba görüşüb və görüş zamanı çempionatın açılış oyunu ilə bağlı səmərəli müzakirələr aparılıb.
Qeyd edək ki, FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012 sentyabrın 22-dən oktyabrın 13-dək olan müddəti əhatə edəcək və turnirdə Azərbaycan yığması ilk oyununu sentyabrın 22-də, saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda Kolumbiya yığmasına qarşı keçirəcək.