...

Azərbaycan atleti finala yüksələ bilmədi

İdman Materials 3 Avqust 2012 19:04 (UTC +04:00)
Bu gün Azərbaycan atleti Dmitri Marşin London olimpiadasında mübarizəyə qoşulub.
Azərbaycan atleti finala yüksələ bilmədi

Azərbaycan, Bakı, 3 avqust /Trend/

Bu gün Azərbaycan atleti Dmitri Marşin London olimpiadasında mübarizəyə qoşulub.

Trend-in məlumatına görə, çəkicatma növündə çıxış edən 39 yaşlı idmançımız ilk cəhdində 72,06 m nəticə göstərib. Marşinin ikinci cəhdi uğursuz alınıb.

Üçüncü cəhddə isə atletimiz nəticəsini bir qədər yaxşılaşdırıb - 72.85 m.

Bu nəticə Marşinin təsnifat mərhələsindən finala yüksəlməsinə kifayət etməyib.

Qeyd edək ki, yarışda 42 idmançı hər birində 21 atlet olmaqla iki qrupda qüvvəsini sınayıb. Azərbaycan atleti B qrupunda mübarizə aparıb. Finala 12 ən güclü idmançı yüksəlib.

Xəbər lenti

Xəbər lenti