...

Azərbaycan London Paralimpiadasında ilk qızıl medal qazandı

İdman Materials 30 Avqust 2012 23:26 (UTC +04:00)
Azərbaycan cüdoçusu Ramin İbrahimov London Yay Paralimpiya Oyunlarında ilk qızıl medal qazandı.
Azərbaycan London Paralimpiadasında ilk qızıl medal qazandı

Azərbaycan, Bakı, 30 avqust /Trend/

Azərbaycan cüdoçusu Ramin İbrahimov London Yay Paralimpiya Oyunlarında ilk qızıl medal qazandı.

Trend-in məlumatına görə, İbrahimov startda koreyalı cüdoçu Min Ca Lini mübarizədən kənarlaşdırmalıydı. O, bu rəqibini ipponla məğlub edərək 1/4 finala çıxıb.

Bu mərhələdə təmsilçimiz Fransa atleti Kevin Villemontla qarşılaşıb və onu da yenərək yarımfinala adlayıb.

İbrahimov yarımfinalda yaponiyalı Takahaki Hirai ilə qarşılaşmanı da qalib bitirib və finala yüksəlib.

Həlledici görüşdə həmyerlimiz çinli Li Hiadonq görüşüb. Cüdoçumuz çinli rəqibinə də qalib gələrək, Azərbaycana ilk qızıl medalı qazandırıb.

Xəbər lenti

Xəbər lenti